Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
3 gün əvvəl İstanbulda yaşana 6.2 bal gücündə zəlzələ malikanələrin satışa çıxarılmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, sözügedən hadisədən sonra Boğaz sahilində yerləşən lüks və dəbdəbəli malikanələr təcili olaraq satışa təqdim edilib. Sadəcə Boğaz sahilində 600 malikanə verləşir.
Malikanələrin əksəriyyətinin 100-200 illik tarixi var. Onların bir çoxu 18-19-cu əsrlərdən inaş edilib.
Taxtadan və ənənəvi üsullarla inşa edilən bu evlər zamanla aşınmış vəziyyətə gəlib.
Zəlzələdən sonra alıcı marağı daha çox cənuba yəni, Bodrum, Alaçatı və Çeşmə kimi daha təhlükəsiz bölgələrə yönəlib.