62 ildə ilk dəfə matçda məğlub oldular

31.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

İngiltərənin "Mançester Yunayted" klubu son 62 ildə ilk dəfə bir ay ərzində 5 matçda məğlub olub.

Manset.az Manchester Evening News-ə istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının XIX turunda "Nyukasl"a məğlubiyyətdən (0:2) sonra reallaşıb.

Bu, Mançester təmsilçisinin beşinci məğlubiyyəti olub. Komanda sonuncu dəfə 1962-ci ildə bir ay ərzində çempionatda 5 matçda məğlub olmuşdu.

Qeyd edək ki, "qırmızı şeytanlar" dekabrda "Nyukasl"a (0:2), "Vulverhempton"a (0:2), "Bornmut"a (0:3), "Nottingem Forest"ə (2:3) və "Arsenal"a (0:2) uduzub. Komanda hazırda turnir cədvəlində 22 xalla 14-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью