62 ildən sonra ən bərbad göstərici

12.05.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted" ev məğlubiyyətləri üzrə antirekordunu təkrarlayıb.

Sportal. az xəbər verir ki, Ruben Amorimin komandası Premyer Liqanın 36-cı turunda "Vest Hem"ə qarşı "Old Trafford" stadionunda 0:2 hesabı ilə uduzub.

Bu, "qırmızı şeytanlar"ın bu mövsüm Premyer Liqada evdə aldığı 9-cu məğlubiyyət olub. Beləliklə, klub özünün ən pis nəticəsini təkrarlayıb. Sonuncu dəfə 1962/63 mövsümündə evdə 9 dəfə məğlub olub.

"Mançester Yunayted" hazırda turnir cədvəlində 39 xalla 16-cı yerdə qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью