6,2 milyardlıq qanunsuz qumar əməliyyatı: 17 nəfər həbs edildi

10.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Diyarbəkir və Qaziantepdə qanunsuz onlayn qumar şəbəkəsinə qarşı keçirilən əməliyyatda 31 şübhəli saxlanılıb, onlardan 17-si həbs edilib.
Bizim.Media “TRT HABER”ə istinadla xəbər verir ki, şübhəlilərin vətəndaşların bank hesablarından topladıqları pulları kriptovalyutaya çevirərək ümumilikdə 6,2 milyard türk lirəsi yuduqları aşkarlanıb. 
Reydlər zamanı çoxlu sayda rəqəmsal avadanlıq, bank kartları, silah və narkotik vasitə müsadirə olunub. Şəbəkənin axtarışda olan digər 9 üzvünün tutulması üçün əməliyyat davam edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью