62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

05.06.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 22-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

BAKU.WS bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 294 min 475 manat olan 62 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью