62 yaşlı qadın öldürüldü Şübhəli qaynıdır

17.08.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Modern.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью