Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaşıma rəğmən çox gözələm!"
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Ahmet Mümtaz Taylanın "NTV" kanalında yayımlanan "Empati" programına qonaq olan müğənni Hülya Avşar deyib.
O veriliş zamanı özünü hər yaşında bəyəndiyini virğulayıb.
"Yeri gəlmişkən, özümü bəyənirəm. Həmişə özümü bəyənmişəm. Həqiqətən də özümü çox gözəl hesab edirəm. Yaşlansam da, yenə də özümü gözəl hesab edirəm, amma ətrafımda heyran olduğum və çox, çox gözəl hesab etdiyim bir çox insan da var" -deyə o qeyd edib.
İllərdir həm açıqlamaları, həm də tərzi ilə xəbərlərdə manşet olan Avşarın bu açıqlamaları qısa müddətdə sosial mediada müzakirə mövzusuna çevrilib.