63 yaşlı məşhur aktyor gənc xanımla eşq yaşayır

10.02.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ilin mayında aktrisa Arzum Onanla 27 illik evliliyini bitirən aktyor Mehmet Aslantuğ yeni münasibətə başlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir psixoloq Canan Şahinlə eşq yaşayan 63 yaşlı aktyor sevgisini etiraf edib.

Şahinin meditasiya edərkən çəkdiyi fotolara rəy yazan aktyor, sevgilisinə şeir həsr edib:

"Hər şeyi demək üçün bir baxış bəs deyilmi? Baxaraq gəldik, baxaraq da gedəcəyik. Yaxşı, xoş gəldin. Bədəni unudan ağılın rəqslə müalicə oluna biləcəyini mənə sən öyrətdin".

Aysel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью