63 yaşlı qadın 10 cu mərtəbədən yıxıldı Ölümdən belə qurtuldu

23.04.2025

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvanın cənub-qərbində yerləşən Troitsk şəhərində yaşlı qadın 10-cu mərtəbədən yerə yıxılıb. O, təsadüfən aşağıda dayanan təcili yardım maşınının üstünə düşüb.

Sitat.info "REN TV"yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 63 yaşlı qadına həkimlər yerindəcə tibbi yardım göstəriblər.

“Troitskdə qadın 10-cu mərtəbədən yıxılıb və təcili yardım maşınının damına düşüb. Hazırda hadisə yerində reanimasiya tədbirləri görülür”, – məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью