63 yaşlı qadın necə ana oldu? Həkimi danışdı VİDEO

30.06.2026

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Bizə müraciət edəndə, yaş faktorunu nəzərə alaraq bunun riskli hamiləlik ola biləcəyini əvvəlcədən bildirmişdik”.

Bakupost.az xəbər verir ki, bu sözləri 63 yaşında ana olması ilə geniş müzakirələrə səbəb olan qadının həkimi, tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

“İki il ərzində xanım bütün müayinələrdən keçib. Nevroloji, psixoloji və psixiatrik vəziyyəti də daxil olmaqla hər şey detallı şəkildə yoxlanılıb. Ailə övlad istəyirdi və biz də onlara bütün riskləri izah etdik. Onlar isə hər bir riskə hazır olduqlarını bildirdilər. Daha sonra ananın kardioloq və terapevt müayinələri aparıldı. Zahılıq dövrünün 4-cü günündə evə buraxıldı. Uşağın vəziyyəti yaxşıdır. Onlar 38 ildir bu övladı gözləyirdilər. Yəqin ki, evdə daha ciddi nəzarət olunacaq. Biz də diqqətdə saxlayacağıq", - deyə o bildirib.

Lalə,

BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью