6300 manatlıq mobil telefonlar OĞURLANDI

02.12.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az-ın məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki mobil telefon mağazaların birindən ümumi dəyəri 6300 manat olan 4 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən rayon sakini A. Məmmədli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью