64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb

04.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Zəngilan rayonunda faciəli hadisə baş verib. Avtosfer.az-ın xəbərinə görə, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью