64 yaşlı kişi ilə arvadının meyiti tapıldı

06.06.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mingəçevirdə mənzildən ər-arvadın meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən  birində qeydə alınıb.

Belə ki, 64 yaşlı Mustafa Babayev asılı vəziyyətdə, 63 yaşlı arvadı Sayalı Babayeva isə üzərində xəsarət izi olmadan ölü vəziyyətdə aşkar edilib.

Meyitlər müayinə üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma başlayıb. Hadisənin dəqiq səbəbləri ekspertiza və istintaqdan sonra məlum olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью