Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Safiye Soyman etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, verilişlərdən birinə qonaq olan ifaçı gecə yatanda belə üz dərisinin qayğısına qaldığını deyib:
"Üz dərim qırışmasın deyə sağa-sola çevrilmədən, düz və tərpənmədən yatıram".
Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəzi izləyicilər Safiyenin üzünü əməliyyat etdirdiyini, üz dərisində çoxlu botoks və dolğu olduğu üçün belə yatdığını bildirib.
Xatırladaq ki, 64 yaşlı müğənni ötən il 47 yaşlı oğlu Harun Akarözü itirib.