6,5 milyon insanın məlumatları oğurlanıb

16.07.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın məşhur Kooperativ mağazalar şəbəkəsinin (Co-op) rəhbəri Şirin Kouri Haq aprel ayında baş verən kibertəhlükə nəticəsində təşkilatın bütün 6,5 milyon üzvünün şəxsi məlumatlarının oğurlandığını deyib.

Modern.az BBC-yə istinadla xəbər verir ki, o, oğurlanan məlumatlar arasında maliyyə və ya əməliyyat məlumatlarının olmadığını, adlar, ünvanlar və əlaqə vasitələri kimi şəxsi məlumatların hədəf alındığını qeyd edib.

Kouri Haq bildirib ki, hakerlər sistemlərdən uzaqlaşdırıldıqdan sonra onların fəaliyyət izlərini tam şəkildə izləmək mümkün olub və bu məlumatlar aidiyyəti orqanlara ötürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью