65 yaşlı aktyorun ölüm səbəbi açıqlandı

11.04.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollivud ulduzu Val Kilmerin vəfat səbəbi açıqlanıb. 

BAKU.WS xəbər verir ki, 65 yaşlı aktyor sətəlcəm səbəbindən dünyasını dəyişib. 

Bu barədə "People" jurnalında qeyd edilib. 

Aktyorun ölüm səbəbləri arasında xroniki tənəffüs çatışmazlığı və dil xərçəngi xəstəliyi də var. Ona xərçəng diaqnozu 2014-cü ildə qoyulub.

Aktyor "Xərçəng xəstəsi olduğumu gizlətmirəm. Bunu gizlətmək gülünc olardı" deyə açıqlama vermişdi. 

Val Kilmer "Top Gun" filmindəki rolu ilə məşhurlaşıb. Bundan başqa "The Doors", "Batman Forever" və "Heat" kimi ekran işlərində də rol alıb.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью