66 yaşlı aparıcı xərçəngə tutuldu

18.06.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın sevilən ekran simalarından olan 66 yaşlı Ceremi Klarkson sarsıdıcı xəbərlə gündəmə gəlib.

BAKU.WS "Foxnews"a istinadən xəbər verir ki, o prostat xərçənginə tutulduğunu açıqlayıb.

"Mən xərçəngə yoluxmuşam. Keçən ilin may ayında müayinədən keçdiyimi yəqin ki, xatırlayırsınız. Yoxa çıxmağımın səbəbi isə biyopsiya analizləri verməyə getməyim idi. Nəticə xərçəngdir və təəssüf ki, onun aqressiv bir növüdür".

Xəstəliyin çox erkən mərhələdə aşkarlandığını bildirən aparıcı, diaqnoz qoyulduqdan dərhal sonra əməliyyat olunduğunu və prostat vəzinin 10%-nin kəsilib götürüldüyünü qeyd edib.

Erkən diaqnozun həyat qurtardığını vurğulayan Klarkson, "Məhz vaxtında aşkarlanması sayəsində hələ də yaşamağa böyük ümidim var" deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью