66 yaşlı kişi üç gündür ki, axtarılır

02.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

3 gündür ki, evdən çıxan 66 yaşlı Yevlax sakini hələ də geri dönməyib.

"Unikal"ın məlumatına görə, Yevlax şəhəri Rafiq İbrahimov küçəsi 22 saylı ünvanda yaşayan 1959-cu il təfvəllüdlü Mustafayev Rəsul Xəlil oğlu 3 gündür ki, axtarılır. 

Doğmalarının sözlərinə görə sonuncu dəfə Rəsul Mustafayev bazara  getmək adı ilə evdən çıxıb və bir daha geri dönməyib. Onun axtarışları davam edir.

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью