6,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

21.01.2025

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 20-də ümumi çəkisi 6,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Yanvarın 18-19-da isə ümumi çəkisi 81,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bunlar 75,4 kiloqramdan artıq marixuana, 2,5 kiloqrama yaxın heroin, 3,4 kiloqrama yaxın metamfetamin, həmçinin 3530 ədəd metadon həbindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.   

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью