Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Hazırda Azərbaycanda narkotik asılılığından əziyyət çəkən 675 nəfər metadonla əvəzedici müalicə proqramına cəlb olunub.
XQ-yə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib ki, müalicə üç məntəqədə həyata keçirilir. Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində isə 123 nəfər müalicə alır.
Məlumata görə, bu ilin yanvar-avqust aylarında bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən 62 227 nəfər Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yönləndirilib.
Həmin şəxslərdən 4 397 nəfər narkotik vasitələrdən istifadənin müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçirilib. Müayinələrin nəticələrinə əsasən, 2 173 nəfərin narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunub.
Bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilib.