Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Fransa millisi DÇ-2026-nın qrup mərhələsini möhtəşəm nəticə ilə geridə qoyub.
QOL.az xəbər verir ki, son turda Norveçə 4:1 hesabı ilə qalib gələn fransızlar qrupdakı qollarının sayını 10-a çatdırıblar. Bu, Fransa millisinin 1958-ci ildən bəri dünya çempionatlarının qrup mərhələlərində göstərdiyi ən məhsuldar nəticə olub. Həmin vaxt komanda hesabına 11 qol yazdırmışdı.
Norveçlə keçirilən həlledici matçda Usman Dembele het-trik edərək qarşılaşmanın ulduzu olub. Komandanın digər qoluna isə Dezire Due imza atıb. Beləliklə, Fransa yığması qrup mərhələsini məğlubiyyətsiz və pley-offa yüksəlib.
Qeyd edək ki, yığma 68 illik fasilədən sonra qrup mərhələsində bu qədər yüksək məhsuldarlıq nümayiş etdiriblər.