69 ildir eyni avtomobili sürür

29.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

ABŞ vətəndaşı Bill Hetç fotodakı “Chevrolet Corvette”i 1957-ci ildə alıb.

Avtosfer.az xəbər verir ki, avtomobil 69 ildə 275 000 kilopmetr yol qət edib. Başqa sözlə, ildə orta hesabla 4000 kilometr.

Bu hetçin ilk və tək avtomobilidir. Maşının 4,6 litrlik mühərriki və mexaniki transmissiyası orijinaldır. Nəqliyyat vasitəsinin xarici səthində kiçik təmir işləri aparılıb ki, bu da tamamilə normaldır.

Amerikalının məqsədi Ginnesin rekordlar kitabına düşməkdir. Hazırki rekordun sahibi avtomobilini təxminən 68 ildir idarə edir. Bu səbəbdən Hetçin rekordu yeniləməsi real görünür.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью