Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ərəbuşağı kəndi ərazisində Zaman Piriyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yolu keçən 69 yaşlı Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.