Icma.az bildirir, Lent az saytına əsaslanaraq. 69 yaşlı Moskva sakini ərini öldürmək üçün qatil tutub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Moskva prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, qadın ərindən boşanırmış və əmlakın yarısını ona vermək istəməyib.
Təqaüdçü miras olaraq əldə etdiyi hər şeyin özünə qalması üçün muzdlu bir qatil tapıb.
Müstəntiqlərin sözlərinə görə, 25 dekabr 2024-cü ildə o, özəl detektiv agentliyi ilə əlaqə saxlayıb.
Müştəri həyat yoldaşının zəhərlənərək öldürülməsini tələb edib. “Qatil” hüquq-mühafizə orqanlarına müraciət edib.
Sonra əməliyyat-axtarış fəaliyyətinin bir hissəsi kimi fəaliyyət göstərən əməliyyat agenti təqaüdçü ilə görüşüb və qadın ona zəhərli maddədən istifadə edərək 5 milyon rubl (təxminən 88 min manat) qarşılığında ərini öldürməyi tapşırıb.
Bundan sonra agent müştəri ilə telefonla və şəxsi görüşlər zamanı dəfələrlə əlaqə saxlayıb.
O, ona qətl törətməyə hazırlıq, yəni zəhərli maddənin istehsalı barədə yalan məlumat verib.