Bizim media saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) yeddi ölkəsi rusiyalı və belaruslu idmançılara, hətta beynəlxalq yarışlarda neytral bayraq altında iştirak etsələr belə, viza verilməməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu təşəbbüslə Danimarka, İsveç, Finlandiya, Polşa, Estoniya, Latviya və Litva çıxış edib.
Ölkələrin birgə bəyanatında idmanın geosiyasətdən ayrı tutulmasının mümkün olmadığı vurğulanıb.
“İdmanı geosiyasətdən ayırmaq sadəcə mümkün deyil”, – deyə bəyanatda qeyd olunub.
Bizim.Media