7 amerikalı itkin düşüb

03.07.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kaliforniyanın Yolo qraflığında atəşfəşanlıq anbarında baş verən partlayış nəticəsində 7 amerikalı itkin düşüb.

Əyalət administrasiyası və Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin birgə mətbuat şərhində partlayışdan sonra baş verən yanğının hələ də davam etdiyi və səbəbin hələ müəyyən edilmədiyi bildirilib.

Yerli sakinlərə təxliyə əmri verilib.

“Hazırda xilasedicilər və müstəntiqlər itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi üçün əmlak sahibləri ilə işləyirlər”, - press-relizdə deyilir.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью