7 ayda 140 milyon tondan çox yük daşındı

14.08.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 milyard 206,6 milyon manatlıq xidmət göstərilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, göstərilən xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz artıb.

Xidmətlərin 5 milyard 530,7 milyon manatı yük daşınmasının, 2 milyard 522,9 milyon manatı sərnişin daşınmasının, 1 milyard 153 milyon manatı isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb. Marqarita pizza

Hesabat dövründə nəqliyyat sektorunda 140,8 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.

Daşınan yüklərin 63 faizi avtomobil, 25,9 faizi boru kəməri, 7,4 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə həyata keçirilib.

Yanvar-iyul aylarında daşınmış sərnişinlərin sayı da artaraq 1 milyard 290 milyon nəfərə çatıb. Sərnişindaşıma ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb.

Sərnişinlərin 89,3 faizi avtomobil nəqliyyatının, 10 faizi metronun, qalan hissəsi isə digər nəqliyyat növlərinin payına düşüb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью