7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xifmət göstərilib

14.08.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2378,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,4 faiz çox xidmət göstərilib.

Xidmətlərin 742,1 milyon manatını (31.2 faizini) mobil telefon rabitəsi, 383,0 milyon manatını (16,1 faizini) internet, 379,3 milyon manatını (16,0 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 274,2 milyon manatını (11,5 faizini) informasiya, 600,0 milyon manatını (25,2 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri 34,8 faiz, internet xidmətləri 22,0 faiz, informasiya xidmətləri 13,2 faiz, mobil telefon rabitəsi xidmətləri 2,9 faiz, digər informasiya və rabitə xidmətləri 4,9 faiz artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью