7 ayda pensiyaçıların sayı 21,9 min nəfər artıb

20.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 21,9 min nəfərə yaşa görə əmək pensiyası proaktiv qaydada təyin olunub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Proaktiv təyinat mexanizmi vətəndaşın pensiya hüququ yarandıqda ayrıca müraciət etməsinə və sənəd toplamasına ehtiyac qalmadan pensiyanın elektron sistem vasitəsilə avtomatik rəsmiləşdirilməsinə imkan verir. Məlumata görə, bu şəxslərin 57,2 faizini kişilər, 42,8 faizini isə qadınlar təşkil edib. Beləliklə, hesabat dövründə təxminən 12,5 min kişiyə və 9,4 min qadına yaşa görə əmək pensiyası avtomatik şəkildə təyin olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью