7 ballıq zəlzələdən sonra dəniz geri çəkildi VİDEO

02.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Cənubi Amerika ölkəsi Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib.

Bakupost.az xəbər verir ki, zəlzələdən sonra dəniz suyunun xeyli dərəcədə çəkildiyi görülüb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin Uşuayya şəhərindən 219 kilometr cənubda olduğunu açıqlayıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ Argentinanın Rio-Qrande şəhərində və qonşu Çilidə də hiss olunub.

Aygün, Bakupost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью