Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı start götürəcək. 9 gün davam edəcək yarışda Azərbaycan millisi 7 idmançı ilə təmsil olunacaq.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.
Qabil YUSİFOĞLU
XQ