7 ci ADA Siyasi Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına gəliblər

08.04.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 aprel, AZƏRTAC

ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb.

Qonaqlar forumdan öncə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qeyd edək, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью