7 gimnastımız finala yüksəldi

06.12.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə “Beyond the Sky” yarışı davam edir.

Fanat.Az xəbər verir ki, dekabrın 3-də start götürən turnirdə millimizin üzvləri yüksək nəticə göstəriblər.

Gimnastlarımız Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova, Şəfiqə Hümbətova, Əli Niftəliyev, Ammar Baxşalıyev və Fərhad Mustafayev final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью