7 günlük bayram tətili BİTDİ 2025ci ilin İLK İŞ GÜNÜ

06.01.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda 7 günluk bayram tətili bugündən başa çatır.

Bakıvaxtı.az xatırladır ki, ölkədə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.

Nazirlər Kabinetini qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl olaraq yeddi gün - 30, 31 dekabr, 1, 2, 3, 4,5 (şənbə-bazar) yanvar qeyri-iş günu olub.

Bayram tətilindən sonra ilk iş günü isə bu gün - yanvarın 6-na təsadüf edir.

Nərgiz Məmmədli 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью