Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
[bLukas Paketa Vest Hem”i tərk edib. O, 7 ildən sonra vətəni Braziliyaya qayıdıb.
[/b]
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının yaydığı xəbərə görə, yarımmüdafiəçi “Flamenqo”ya satılıb.
28 yaşlı futbolçu şəxsi və ailəvi səbəblərə görə vətəninə qayıtmaq istəyib. 2025-ci ilin iyulunda İngiltərə Futbol Assosiasiyasının ittihamlarından bəraət qazanan Paketa iki il sürən məhkəmə prosesinin yaratdığı psixoloji gərginlikdən sonra karyerasında yeni səhifə açmaq niyyətindədi.
Qeyd edək ki, klub rəhbərliyi və məşqçilər korpusu onu saxlamağa çalışsa da, futbolçunun israrı nəticəsində keçidə könülsüz də olsa, razılıq verilib. Rəsmi məlumatda bu transferin “Flamenqo”ya 42 milyon avroya başa gəldiyi və səbəbkarla müddəti 2030-cu ilin sonuna qədər nəzərdə tutulan müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, Lukas Rio de Janeyro klubunun yetirməsidi. Peşəkar karyerasına “Flamenqo”da başlayan futbolçu 2019-cu ilin qışında 38 milyon avroya “Milan”a satılıb. 2020-ci ilin yayında 23 milyon avroya “Lion”a keçən Paketa 2022-ci ilin avqustunda 43 milyon avroya “Vest Hem”in sıralarına qoşulub.
Lukas Braziliya yığmasında da çıxış edir. Milli komandada 61 oyun keçirən xavbek 12 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.