Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı müğənni Nikol Şerzinger nişanlısı, reqbi oyunçusu Tom Evansdan ayrılıb.
Axşam.az xəbər verir ki, 48 yaşlı sənətçi ilə 41 yaşlı idmançının 7 illik münasibəti başa çatıb. Ayrılıq xəbərini Tom sosial şəbəkə hesabında açıqlayıb. Onun sözlərinə görə, münasibəti bitirmək qərarını Nikol verib.
“Ürəyim ağrıyır, Nikol ilə artıq birlikdə olmadığımızı bildirmək istəyirəm. Yeddi illik sevgi, sədaqət və ortaq gələcək ümidlərindən sonra bu, inanılmaz dərəcədə çətin dövrdür. Mən heç vaxt belə sonluq istəməmişdim, amma Nikolun qərarına hörmət edir və həyatının növbəti mərhələsində ona xoşbəxtlik arzulayıram” deyə, Tom yazıb.
Son aylarda cütlük birlikdə nadir hallarda görüntülənir, sosial şəbəkədə də ortaq paylaşımlar etmirdi. Nikol yay aylarında bir neçə dəfə nişanlısı olmadan istirahətə yollanıb. Müğənninin Tomla son birgə paylaşımı sentyabrda olub. Həmin görüntülərdə onlar Parisdə rəqs ediblər.