Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya bundesliqasına yüksələn ilk komanda müəyyənləşib.
“Hamburq” 2-ci bundesliqanın 33-cü turunda “Ulm” üzərində 6:1 hesablı qələbədən sonra 59 xal toplayaraq finişə bir tur qalmış turnir cədvəlində liderliyi qoruyub. 34 yaşlı Merlin Polzinin çalışdırdığı komanda mövsümün son turundan əvvəl bundesliqaya vəsiqəni təmin edib.
“Hamburq” 7 ildən sonra yüksək liqaya vəsiqə qazanıb. Bu komanda 2017/18 mövsümündə bundesliqanı tərk etmişdi.