7 İsrail hərbçisi öldürülüb 2 yaralı var

25.06.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Qəzzada İsrail hərbçiləri ilə HƏMAS döyüşçüləri arasında toqquşma olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunisdə bir fələstinli müqavimət döyüşçüsü İsrail əsgərlərini daşıyan zirehli avtomobilə bomba yerləşdirib.

Məlumata görə, dsaha sonra partladılan zirehli maşın alovlanıb: "Nəticədə içərisində olan 7 hərbçi həlak olub. Bununla yanaşı, Xan Yunusda dövriyyədə olan İsrail hərbçiləri raketlə vurulub. Bu əməliyyat zamanı isə biri ağır olmaqla, 2 İsrail əsgəri yaralanıb"

Məlumatda o da deyilir ki, bununla da 27 oktyabr 2023-cü ildə qurudan hücuma başlayan İsrailin Qəzzadakı itkilərinin sayı əsgərlərinin sayı 434-ə çatıb.

Tahir Şəlvəli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью