7 kiloqram çəkidə qız uşağı doğuldu

11.10.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Buryatiyanın paytaxtı Ulan-Udedə perinatal mərkəzində təəccüblü hadisə baş verib. Oktyabrın 11-də orada təxminən 7 kiloqram çəkidə qız uşağı dünyaya gəlib. 

Redaktor.az xəbər verir ki, bu barədə “KP-İrkutsk”a “Exın-Bayar” Respublika Perinatal Mərkəzindən məlumat verilib.

"Çəkisi 6700 qram, boyu 66 santimetr olan cazibədar qız uşağı dünyaya gəldi. Körpələr arasında əsl nəhəng!", - deyə mərkəzdən bildirilib.

"Körpənin doğulması yüksək peşəkar komandanın koordinasiyalı işi sayəsində uğurlu olub. Həkimlər xoşbəxt ailəni qızlarının dünyaya gəlməsi münasibətilə təbrik edib, ona sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayıblar", - məlumatda qeyd olunub.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью