Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər indiki mərhələdə ifadə vermək istəmədiklərini bildiriblər.
Dövlət ittihamçısı Orxan Səmədov təqsirləndirilən Mehriban Abasquliyevanın ifadə verməməsini ifadə verməkdən boyun qaçırmaq kimi qiymətləndirib.
Onun ibtidai istintaqda verdiyi ifadə elan edilib. Məlum olub ki, Mehriban Abasquliyeva cəmi 11 ay Perinatal Mərkəzin direktoru işləyib.
Vəkil Əliövsəd Abbasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib.
Hakim vəkilin təklifi ilə razılaşıb. M.Abasquliyevanın verdiyi bütün ifadələr elan edilib. Proses fevralın 10-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.