7 körpənin yanaraq öldüyü Perinatal Mərkəzin işçilərinə ittiham elan olunub | Icma.az
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Azpost.info APA-ya istinadən bildirir verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəsatətlərə baxılıb.
Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər.
Dövlət ittihamçısı çıxış edərək bu vəsatəti əsassız hesab edib və təmin olunmamasını istəyib.
Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev bildirib ki, kiminsə zorla zərərçəkmiş qismində tanınması doğru deyil.
Bu səbəbdən vəsatət təmin olunmalıdır. Məhkəmə müşavirə əsasında qərara alıb ki, hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılsın.
Daha bir neçə vəsatət də baxılmamış saxlanılıb. Sonra məhkəmə istintaqının başlandığı elan olunub.
Tam oxu
Xəbəri oxu