7 körpənin yanğında öldüyü Perinatal Mərkəzin təmiri nə vaxt bitəcək? | Icma.az
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. "Respublika Perinatal Mərkəzdə təmir işləri ilə bağlı layihələndirilmə prosesi yekunlaşıb.
Müvafiq qurumlardan rəy alınma mərhələsindədir".Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.Məlumata görə, aidiyyəti üzrə müsbət rəy alındıqdan sonra təmir-tikinti iş və xidmətlərinin satınalınması prosesinə başlanılacaq.Qeyd olunub ki, plana uyğun olaraq, qısa müddətdə işlərin tamamlanması və Respublika Perinatal Mərkəzinin ümumilikdə əsaslı təmiri planlaşdırılır."Respublika Perinatal Mərkəzinin tibbi heyəti hazırda TƏBİB-in tabeliyindəki profil üzrə ayrı-ayrı tibb müəssisələrinə ezam olunub, onların iş fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir, vahid tarif cədvəli üzrə əmək haqları və göstədikləri xidmətə uyğun olaraq bonusları hesablanır",- deyə qurumdan bildirilib.Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.Mina Mikayılova Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu