7 min illik insan skeleti tapıldı

15.10.2026

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Aşağı Bavariya bölgəsində yerləşən Qrosköllnbax yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı təxminən 7 min il əvvələ — Erkən Neolit dövrünə aid gənc insan skeleti aşkar edilib.

Kulis.az xəbər verir ki, rayon arxeoloqu Florian Eiblin rəhbərliyi ilə araşdırılan tapıntı qeyri-adi dəfn pozisiyası və boyun fəqərələrindəki kəskin deformasiya ilə alimlərin diqqətini cəlb edib.

Dövrün ənənəvi "ana bətnindəki kimi bükülmüş" dəfn qaydalarından fərqli olaraq, gəncin sağ ayağı bərk bükülü, sol ayağı isə kənara doğru açıq vəziyyətdə çuxura yerləşdirilib.

Boyun fəqərələrindəki fərqliliyin yaşayarkən keçirdiyi xəstəlikdən, yoxsa torpaq sürüşməsindən qaynaqlandığı antropoloji analizlərdən sonra bəlli olacaq.

Qeyd edək ki, qazıntı sahəsində həmçinin ilk əkinçi icmalara aid üç böyük uzun ev, gil sobalar və uzaq məsafələrdən gətirildiyi ehtimal edilən üyütmə daşları da üzə çıxarılıb.

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi "Təvazökarlıq insanın öz həqiqi dəyərini anlamasıdır..." - Anatol Fransın sitatları Rəssam Əkrəm Tağıyev vəfat etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью