7 min yaşlı yumurta

03.04.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İsrailli arxeoloqlar Nitsana şəhəri yaxınlığında arxeoloji qazıntılar zamanı daşlaşmış dəvəquşu yumurtası tapıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, illərdir qumun altında qalan yumurtanın 7 min yaşı olduğu hesablanıb.

Yumurta köçərilərin qaldığı ocağın ərazisində tapılıb. Ehtimal olunur ki, köçərilər bu yerdə ocaq qalayıblar və yemək hazırlayıblar. 

Arxeoloqların rəhbəri Loren Devisin sözlərinə görə, yumurtanın belə yaxşı qalmasına və daşlaşmasına qum səbəb olub. 

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью