7 nəfər eyni anda evlənsin

16.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış türkiyəli aktyor və rejissor Hamdi Alkan iştirak etdiyi televiziya proqramında evlilik xərcləri ilə bağlı maraqlı fikir səsləndirib.

Milli.Az xəbər verir ki, "Ən yaxşı dostum" və "Reytinq Hamdi" kimi layihələrlə tanınan sənətçi müasir dövrdə evlənməyin çox baha başa gəldiyini vurğulayaraq, xərcləri azaltmaq üçün "birgə toy" ideyasını təklif edib.

"Əvvəllər kütləvi sünnət toyları keçirilirdi, indi isə kütləvi nikah mərasimi təşkil edək. Yeddi nəfər eyni anda, birlikdə evlənsin," - deyə Alkan zarafatla bildirib. Onun bu qeyri-adi təklifi sosial şəbəkələrdə də maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью