7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

07.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Şəmkirdə 7 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.

Axar.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mersedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "Kamaz" markalı yük maşınının qoşqusuna çırpılıb.

Nəticədə sürücü və onun 6 sərnişini hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlardan 1 nəfərin vəziyyəti ağır digərləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью