7 noyabrda bu tarixi şəxsiyyətlər xatırlanır

07.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Noyabrın 7-si Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə yadda qalıb.
Missiya.Az
onları təqdim edir:
1898-ci ilin bu günü Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əlili (1898 – 13.6.1993) dünyaya gəlib. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür” və “Nəsimi” filmlərində çəkilib.
7 noyabr 1905-ci ildə teatr və kino rejissoru Şüa Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”, “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.
1917-ci ilin bu günü görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Quliyev (1917 – 4.10.2000) Bakıda dünyaya göz açıb. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917-ci ildə Xalq rəssamı Tağı Tağıyev (1917-1993) Bakıda doğulub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.
1920-ci ilin bu günü Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Cabbarova (1920 – 29.11.2010) anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.
7 noyabr 1934-cü ildə Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) dünyaya gəlib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.
1940-ci ilin bu günü Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006) doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1990-ci ildə Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Atakişiyev (25.12.1906 – 1990) vəfat edib. Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olub.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью