7 oktyabrın ildönümü: Romada təhlükəsizlik gücləndirildi

06.10.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

HƏMAS-ın İsrailə hücumunun ildönümü ərəfəsində İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib.

Axar.az xəbər verir ki, Romanın yəhudi gettosunda, eləcə də İsrail və yəhudi mədəniyyəti ilə bağlı digər həssas bölgələrin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Polis hazırda həmin ərazilərdə təhlükəsizliyi maksimum təmin etmək üçün xidmət aparır.

Təhlükəsizlik qüvvələri xəbərdarlıq səviyyəsinin yüksəldildiyini, sayıqlığın artırıldığını, ehtiyac yaranacağı təqdirdə, tədbirlərin daha da gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Romanın yəhudi gettosu Qərb dünyasının ən qədimi hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью