Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün İstanbulda Ukraynadakı müharibənin başa çatdırılması yollarının müzakirəsi məqsədilə yeddi ölkənin xarici işlər naziri bir araya gələcək.
Milli.Az xəbər verir ki, bu barədə AFP Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Oktyabrın 23-də keçiriləcək görüşdə Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri iştirak edəcəklər.
Toplantıda Rusiya-Ukrayna müharibəsinin dayandırılması imkanları, Qara dənizdə təhlükəsizlik və regional münaqişələr müzakirə olunacaq.
Görüşün gündəliyinə Fələstin məsələsi, Yəməndəki vəziyyət və Hörmüz boğazında baş verən hadisələr də daxildir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)