7 ölkə Putin Zelenski görüşünə ev sahibliyi etmək istəyir ADLAR

03.09.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaq təklifləri qəbuledilməzdir və konstruktiv dialoqa töhfə vermir.

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa deyib.

Bundan əvvəl Putin ukraynalı həmkarı Volodimir Zelenskini Moskvaya dəvət edib.

"Hazırda ən azı yeddi ölkə müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Avstriya, Müqəddəs Taxt-tac, İsveçrə, Türkiyə və üç körfəz ölkəsi. Bunlar ciddi təkliflərdir və prezident Zelenski hər an belə bir görüşə hazırdır. Bununla belə, Putin açıq-aşkar qəbuledilməz təkliflər irəli sürərək hamını aldatmaqda davam edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью